27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin dünyayaya səs salacaq silahı - VİDEO

03.03.2020

Türkiyə mənbələri ordunun istifadəsinə verilən "sürü pilotsuz aparatlar”la bağlı yeni məlumatlar yayıb.
Yeni pilotsuz kamikadze aparatların ən böyük özəlliyi onların GPS sistemi olmadan uça bilməsidir. Bu da onların düşmən radarları tərəfindən müəyyən edilməsini çətinləşdirir. Məlumata görə, proqram bir neçə aparata yüklənir. Digər aparatlar isə proqram yüklənən əsas cihazları təqib edir. Yerli mənbələr yazır ki, Suriyadakı son döyüşlər Türkiyə Hava Qüvvələrinin döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoyub.
Mütəxəssislər hesab edir ki, Türkiyənin Suriyadakı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar müharibə tarixində bir ilkdir. Türkiyə ordusu hərbçilərin həyatını təhlükəyə atmadan düşmən mövqelərinə həlledici zərbələr endirir. Qeyd edək ki, ötən gün prezident adminstrasiyası "sürü ihalar”ın görüntülərini yayaraq, pilotsuz aparatların istifadəyə hazır olduğunu bəyan edib. Pilotsuz aparatlara raketlərin yerləşdirilməsi istisna olunmur.