28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Min bir dərdin dərmanı - VİDEO

02.03.2020

Orqanizm üçün faydalı məhsullardan biri də moruq yarpaqlarıdır.
Həmin yarpaqların faydalarını təqdim edirik:

1. Güclü iltihabəleyhinə təsir göstərir. Soyuqdəymə və qripp zamanı moruq yarpaqlarını çay kimi dəmləyib bal əlavə edin. Bu dadlı və faydalı içki yaxşı tərlədir, xəstənin vəziyyətini yüngülləşdirir, hərarəti aşağı salır.

2. Bəlğəmgətirici təsir edir, ağ ciyərləri yaxşı təmizləyir, mikrobları öldürür.

3. Antitoksik təsirə malikdir - toksinləri və şlakları orqanizmdən xaric edir.

4. İshal zamanı çox yaxşı kömək edir, bağırsaqları "yığır".

5. Damaqları möhkəmləndirir, qanamanı azaldır, ağız boşluğunu dezinfeksiya edir. Bunun üçün 5 moruq yarpağı 1 stəkan qaynar suda dəmlənilir və qarqara üçün istifadə olunur.

6. İmmuniteti möhkəmləndirir.

publika.az