28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qanapolski: Belə getsə, Suriya və Krım Türkiyənin olacaq

02.03.2020

Rusiya Suriyada müharibəyə başlamayacaq, çünki Türkiyə ABŞ-dan sonra NATO-da ikinci ən güclü orduya sahibdir.
Bunu ukraynalı jurnalist Matvey Qanapolski yazıb. "Əgər genişmiqyaslı müharibə başlasa, Türkiyə Suriyanı tamamilə nəzarətə götürəcək, Krım da Türkiyənin olacaq. Rusiyanın qorxunc itkiləri mümkündür. Ukrayna da təbii ki, bundan istifadə edəcək”, - politoloq bildirib.
Qanapolski Prezident Ərdoğanı nəzakətli, amma olduqca sərt və aqressiv lider olaraq xarakterizə edib:
"Onun arxasında terrorçularla hər gün döyüşən monolit birləşmiş millət var”.
Politoloq hesab edir ki, Türkiyə də Rusiya ilə müharibəyə maraqlı deyil:
"Çünki Rusiya dünyada ikinci ən güclü orduya sahibdir. Bundan başqa Rusiya Türkiyənin ən böyük ticarət (turizm) tərəfdaşlarından biridir. Ərdoğan 3-4 il öncəki iqtisadi itkilərini gözardı etməyəcək”.