04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail alimləri koronaya qarşı peyvənd hazırlayırlar

02.03.2020

İsrailin Elm və Texnologiya naziri Ofir Akunisin İsrail alimlərinin koronavirusa qarşı peyvəndi hazırlamaq ərəfəsində olduqlarını açıqlayıb.Bu barədə İsrailin MIGAL araşdırma mərkəzi məlumat yayıb.
İşlər yolunda gedərsə, qanuni proseslər və digər mərhələlər də nəzərə alınarsa, peyvəndin 90 gün ərzində istifadəyə hazır olması mümkündür.
MIGAL araşdırma mərkəzi, əvvəlcədən toyuqlarda "yoluxucu viral bronxit” əleyhinə hazırlanmış vaksinin mövcud koronavirusa qarşı da istifadə edilə biləcəyini açıqlamışdı.
"Ümid edirəm ki, peyvənd bir neçə həftəyə hazır olacaq”,- deyə MIGAL biotexnologiya tədqiqat qrupu başçısı Çen Katz bildirib.
Qeyd edək ki, hazırda İsraildə koronavirusa yoluxma hallarının sayı 10-a çatıb.