Nur-Sultan-Bakı aviareysləri  dayandırılır 
    
                          
     
                         02.03.2020
 
    
                        Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır. 
Almatı-Bakı reyslərinin sayı beşdən birə, Aktau-Bakı reyslərinin sayı isə yeddidən birə endiriləcək.
Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb.
"Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər", - o bildirib. 
Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb.