09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan "Tor" qurur - VİDEO

21.05.2018

Rusiya yaxın vaxtlardla Ermənistana "Tor zenit-raket sistemlərini (ZRK) verəcək.
ZRK-lar yaxın aylarda Ermənistanda olacaq.
Ermənistanın Hava Hücumundan Müdafiə Qüvvələrinin rəis müavini, polkovnik Artur Poqosyan "Tor" ZRK-nın imkanlarından bəhs edib: ""Tor" müasir zenit-raket kompleksidir və şəxsi heyətin iştirakı olmadan istənilən spektrdə hava hücumu ilə, o cümlədən yüksək dəqiqliyi olan raketlərlə mübarizə apara bilər".
Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın ortalarında Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş əsnasında Paşinyan "Rusiya ilə hərbi-texniki sahədə də əməkdaşlığın inkişafına ümid edirəm" söyləmişdi.
Ötən ilin payızında Ermənistanın o dönəmdəki prezidenti Serj Sarqsyan ölkədə Rusiya istehsalı olan "İsgəndər" raket komplekslərinin yerləşdirildiyini demişdi.
"Tor" zenit-raket kompleksi müxtəlif tipli raketlər, pilotsuz uçan aparatlar, aviasiya bombaları, təyyarələr və vertolyotlarla mübarizə üçün nəzərdə tutulub. "DM"