27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akar Rusiya MN-ni təkzib etdi: Hətta vuranda da xəbər verdik...

28.02.2020

Rusiya əvvəlcədən əsgərlərimizin orada olduğunu bilirdi. Biz onlara bu barədə məlumat vermişdik. Lakin buna baxmayaraq, Rusiya əsgərlərimiz olan bölgəyə hücum həyata keçirdi.
Bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
"İlk hücumundan sonra xəbərdarlıq etməyimizə baxmayaraq, onlar hava zərbəsinə davam etdi. Hətta rejim gücləri və dəstəkçiləri təcili yardım maşınlarına belə atəş açıblar. Rusiya tərəfi iddia edir ki, əsgərlərimizin vurulduğu bölgədə silahlı müxalifət olub. Lakin bildirmək istəyirəm ki, qoşunlarımızın ətrafında silahlı dəstələr olmayıb", - deyə Akar bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu hücuma hava dəstəyi vermədiyini, eyni zamanda sözügedən ərazidə türk əsgərlərinin olması ilə bağlı Türkiyənin onlara heç bir məlumat vermədiyini açıqlayıb.