Azərbaycan XİN: Başın sağ olsun,  Qardaş Türkiyə! 
    
                          
     
                         28.02.2020
 
    
                        Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə Türkiyə hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib.
Bu barədə XİN-in Tvitter hesabında qeyd olunub.
"İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Qardaş Türkiyə!" – paylaşımda yazılıb.