27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə müharibəyə girdi – Rusiyadan baxış

28.02.2020

Əsəd qoşunları İdlib anklavındakı türk varlığını aradan qaldırmağı qarşılarına məqsəd qoyub.
Bu sözləri  açıqlamasında rus hərbi ekspert İqor Pankratenko İdlibdə türk əsgərlərinə edilən hücumu şərh edərkən deyib.
Onun sözlərinə görə, Suriya ordusu bu istəyini fəal şəkildə həyata keçirə bilmək üçün türk qoşunlarının mövqelərinə zərbələr endirir:
"Rəsmi Ankara artıq Əsəd qüvvələrinə qarşı vuruşur, "bizə hücum etsəniz, sizə hücum edəcəyik” prinsipi ilə hərəkət edir. Yəni, Türkiyə bu günə qədər müdafiədə idi. Ancaq sabah Ankaranın Dəməşq ultimatumunun müddəti başa çatacaq: Astana və Soçi sazişlərinə əsasən Türkiyənin nəzarət zonasına daxil olan əraziləri təmizləmək lazım gələcək”.
Ekspertin fikrincə, bundan sonra Suriya cəbhəsində Türkiyə hücumunun başlanması rəsmi olaraq elan ediləcək:
"Bu ayın əvvəlindən etibarən Türkiyə ordusu İdlib anklavında 43 əsgərini itirdi. Əgər bu, Türkiyə-Suriyamüharibəsi deyilsə, onda mən müharibənin nə olduğunu bilmirəm”.