27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Terrorçuluqla mübarizə güclənəcək - Fəaliyyət Planı

28.02.2020

Azərbaycanda bu il cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə qanunvericilik təkmilləşdiriləcək.
 Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.
Milli Fəaliyyət Planında qeyd edilir ki, bununla əlaqədar bu il ərzində koordinasiya mexanizmi yaradılacaq, müvafiq normativ hüquqi akt hazırlanacaq və qəbul ediləcək.
Bu işin icraçıları Nazirlər Kabineti, İqtisadiyyat və Ədliyyə nazirlikləri, Maliyyə Monitorinqi Xidməti olacaq.
Sənədə əsasən, bu il İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti tərəfindən risk qiymətləndirilməsinin keçirilməsi üçün zəruri olan metodologiya müəyyən ediləcək.