27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda ölənlərin sayı 26-ya çatdı

27.02.2020

İranda indiyədək 26 nəfər yeni koronavirusdan (Covid 19) dünyasını dəyişib.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
Onun sözlərinə görə, ötən sutka ərzində 7 nəfər dünyasını dəyişib.
Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 245 nəfərə çatıb.
Cahanpur əlavə edib ki, ötən sutkada daha 106 nəfər bu virusa yoluxub.
Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 139 nəfərin yeni koronavirusa yoluxduğunu, 19 nəfərin dünyasını dəyişdiyini bildirmişdi.