02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Avroviziya-2020” təxirə salına bilər

27.02.2020

May ayının 12-i, 14-ü və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci "Avroviziya” mahnı müsabiqəsinin təşkilatçıları dünyanı cənginə alan təhlükəli konoravirus epidemiyası ilə bağlı narahatlıq keçirirlər.
Xəbər verildiyi kimi, müsabiqənin təşkilatçıları virusla bağlı vəziyyəti izləyirlər.
Onlar may ayına kimi problemin həll olunacağına ümid edirlər.
Təşkilatçılar bildiriblər ki, epidemioloji vəziyyəti izləyən Rotterdam şəhər rəhbərliyindən mütəmadi məlumat alırlar. Müsabiqənin baş tutub-tutmayacağını isə koronavirusun yayılma əhatəsinə bağlayırlar. Təşkilatçılar müsabiqənin başlayacağı tarixdən əvvəl virusun məğlub olacağına ümid bəsləyirlər.
Virusun səngiməyəcəyi və daha çox yerləri əhatə edəcəyi təqdirdə, "Avroviziya-2020”nin vaxtının dəyişdirilməsi istisna olunmur.
Qeyd edək ki, Azərbaycan "Avroviziya”da 13-cü dəfə iştirak edəcək.
Ölkəmiz 2016-cı ildə olduğu kimi "Avroviziya” beynəlxalq musiqi müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.