06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə səfiri: “Xocalı soyqırımı XX əsrin ən ağır hadisələrindən biridir”

26.02.2020

"Azərbaycan tarixinə qara gecə kimi yazılan dəhşətli qətliamdan 28 il keçməsinə baxmayaraq, bu günə qədər Xocalı faciəsinə səbəb olanların ədalət qarşısında mühakimə olunmaması çox böyük təəssüf doğurur”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün Xocalı qurbanlarının xatirəsinə ucaldılan "Ana harayı” abidəsini ziyarət edərkən deyib
Onun sözlərinə görə, XX əsrdə dünyanın ən ağır hadisələrindən biri Xocalı faciəsidir:
"Hər zaman olduğu kimi, açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, qardaş ölkə, Azərbaycanın bu çətin günündə yanındayıq.
Bir millət, iki dövlət olmaq hər zaman bir-birinə dəstək olmaq deməkdir. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik”.