06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusa qarşı vaksinin hazır olacağı tarıx açıqlandı

26.02.2020

ABŞ-da koronavirusa qarşı vaksin 1,5 aydan sonra insanlar üzərində sınaqdan keçirilə bilər, kütləvi istifadə üçün isə bir il və daha çox müddət lazım olacaq.
"RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın Milli Sağlamlıq İnstitutunun direktoru Entoni Fauçi bildirib.
"Sınaqların ilk fazası üç ay çəkəcək. Bu mərhələdə vaksini 45 nəfərin üzərində yoxlayacaqlar. Növbəti mərhələdə isə sınaq yüzlərlə, bəlkə də minlərlə insanın üzərində aparılacaq. Əgər raket sürəti ilə belə işləsək, vaksinin hazırlanması üçün 6-8 ay tələb olunur. Ona görə də, əgər söhbət onun tam hazır olmasından gedirsə, bu ən tez bir ildən sonra baş tutacaq”, - deyə Fauçi qeyd edib.