02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov jurnalistləri təhqir etdi- - VİDEO

26.02.2020

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov gürcü jurnalistləri özlərini apara bilməməkdə ittiham edib.
"RİA Novosti”nin məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Kadrlarda görünür ki, Gürcüstan mediasının nümayəndələri, xüsusən "Imedi” və "1TVGe”nin qadın jurnalistləri bir-birilərinin sözlərini kəsərək, RF XİN rəhbərinə sual verirlər.
Sonda nazir onlara əsəbiləşərək deyir: "…Siz xəstəsiniz, qızlar”.
Qeyd edək ki, bu, Lavrovun senzurasız sözlərdən ilk istifadəsi deyil. Belə ki, bir neçə il öncə rusiyalı nazir almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşdən əvvəl jurnalistləri təhqir edərək, onları "gicbəsər” adlandırmışdı.
Eyni ifadəni o, səudiyyəli həmkarı Adil əl-Cübeyrlə birgə mətbuat konfransında da işlətmişdi.