Türkiyə İdlibə əlavə  tanklar göndərdi 
    
                          
     
                         25.02.2020
 
    
                        Türkiyə İdlibə hərbi texnikasını göndərməkdə davam edir.
 İdlibdə Gərginliyi Azaltma bölgəsinə dəstək məqsədilə yola çıxan 10 tankdan ibarət konvoy Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsi istiqamətində hərəkət edib.
Bildirilir ki, hərbi konvoy Reyhanlıdan Suriyaya keçəcək.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinə aid 50 avtomobildən ibarət yeni hərbi konvoy mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Suriyanın İdlib şəhərinə girib.