02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xocalı qətliamını çəkən çex fotoqraf: Ağdamda cəsədlər...

25.02.2020

Xocalı hadisələri günü nadir xarici jurnalist soyqırım barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycana gəlməyə risk edirdi. Bunlardan biri də 18 yaşlı çexiyalı jurnalist Mixal Novotnı idi.
Onun ermənilərin vəhşiliyi barədə reportajı ilk dəfə "Respekt” jurnalında dərc olunub.
"Xocalı qırğını baş verəndə mən Ağdamda idim. Azərbaycanlı könüllülər ölənlərin cəsədlərini Ağdam məscidinə, yaralıları və sağ qalanları isə Ağdam xəstəxanasına çatdırırdılar. Mən öldürülmüş və yaralanmış uşaqları və qocaları gördüm. Şəhərdə situasiya çox emosional idi. Təəssüf ki, mən o zaman peşəkar fotoqraf deyildim, ona görə də şəkillərim çox da yaxşı deyil”, – deyə o bildirib.
O, sağ qalan xocalılarla danışdığını deyib:
"Onlar dəhşətli şeylər danışırdılar. Yaralı xocalılar mənə erməni hərbçilərinin ölən sakinlərin bədənləri üzərində istehza etdiklərini danışırdılar. Onlar hamısı bir səslə yalnız bunu deyirdilər”.