Belarus:  Rusiyaya görə 2 milyard dollar itirdik 
    
                          
     
                         25.02.2020
 
    
                        Belarus Rusiyanın neft məhdudiyyətləri və "çirkli neft” ucbatından 2 milyard dollar itirib.
Bunu Belarus Xarici İşlər naziri Vladimir Makey deyib. Onun sözlərinə görə, Belarusun ixracına Rusiya tərəfindən ticarət şərtlərinin dəyişdirilməsi ciddi şəkildə təsir göstərib.
O, buna rəğmən Belarusun bütün öhdəliklərini icra etdiyini bildirib.