Virusa yoluxan 4 nəfər İrandan yeni qayıdan vətəndaşlar olub 
    
                          
     
                         25.02.2020
 
    
                        İraqın Kərkük şəhərində dörd nəfərdə yeni növ koronavirusa yoluxma halı aşkarlanıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, virusa tutulanlar bir ailənin üzvləridir. Onların İranın Nəcəf şəhərindən yeni qayıtdıqları bildirilir. İraq Səhiyyə Nazirliyi virusa yoluxanların karantinə alındıqlarını bildirib.
Ən son məlumata görə, İraq hökuməti İran daxil olmaqla beş ölkə ilə gömrük-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib.