29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvadan təhdidlər gəlir: Türkiyə geri çəkiləcəkmi?

24.02.2020

Türkiyə və Rusiya arasında gərginliyin, qarşıdurmanın yaranmasını istəyən qüvvələr hazırkı vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışacaq.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə-Rusiya arasında yaranmış gərginliyi şərh edərkən deyib. O bildirib ki, Türkiyə-Rusiya qarşıdurmasında maraqlı olan əsas tərəf ABŞ-dır:

"Suriya ilə bağlı məsələdə Rusiya Türkiyə ilə müttəfiq kimi görünsə də, zaman-zaman rəsmi Ankaraya zidd addımlar atır. Təbii ki, ABŞ da bundan hər zaman öz xeyrinə istifadə etməyə çalışır. Məhz buna görə də Tramp Ərdoğana zəng edərək onu dəstəklədiyini bildirib. Amma rəsmi Ankara yaxşı başa düşür ki, ABŞ-ın məqsədi dostluq deyil, sadəcə olaraq Türkiyə və Rusiya münasibətlərini zəiflətməkdir. Buna görə də Türkiyə vəziyyəti nizamlamağa çalışır”.

Politoloq bildirib ki, Rusiya-Türkiyə əməkdaşlığında Qərb maraqlı deyil:

"Böyük güclər - ABŞ, Qərbi Avropa bu əməkdaşlıqda maraqlı deyillər. Eyni zamanda Yaxın Şərqdə həm Türkiyə, həm də Rusiya ilə xoş münasibətdə olan dövlətlərin heç biri bu münasibətin yaxınlığını istəmir. Ona görə də bu iki ölkə arasında gərginliyin artması üçün əllərindən gələni edirlər. Təbii ki, bir çoxlarının üzərində ABŞ-ın təsiri böyükdür”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiya Türkiyə ilə Suriya məsələsində razılığa gəlmişdi:

"Təəssüf ki, rəsmi Moskva birdən-birə mövqeyini dəyişdi və razılaşmaları pozdu. Artıq Rusiya tərəfindən Türkiyəyə qarşı təhdidlər də gəlməyə başlayıb. Amma bu məsələ uzun çəkməyəcək. Türkiyə Suriyada öz istəyinə çatmadan onu heç bir ölkə geri çəkilməyə vadar edə bilməz. Rusiya isə Türkiyə ilə razılaşmaya əməl etməyə məcburdur. Çünki Rusiyanın Türkiyəni itirməsi ABŞ-ın bölgədə güclənməsinə səbəb olacaq. Rusiya isə buna hazır deyil. Rusiya Türkiyə ilə münasibətləri nizamlamaq üçün əvvəlcə Bəşər Əsədin hücumlarına dəstəyini dayandırmalıdır”.