09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qalatasaray” Türkiyə ÇEMPİONU OLDU

20.05.2018

Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub. 
"Dövran Media" xəbər verir ki, dünən XXXIV turun son 4 qarşılaşması baş tutub.
Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.
Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan "Qalatasaray” İzmir səfərində "Göztəpə” ilə qarşılaşıb.
Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə "sarı-qırmızılar”a çempionluq qazandırıb.
"Qalatasaray” həm də Çempionlar Liqasının qrupuna yüksəlib. "Fənərbaxça” 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. "Başakşəhər” bürünc mükafata yiyələnibsə, "Sivasspor”u darmadağın edən "Beşiktaş” medalsız qalıb.
Türkiyə. Superliqa
XXXIV tur
18 may
"Akhisar” – "Osmanlıspor” - 2:1
Qollar: Adıgüzel, 32, Çelik, 90+3 - Özcal, 45
"Alanyaspor” – "Antalyaspor” - 3:2
Qollar: Duqlas, 37, 69, Villafanez, 61 - Yevtoviç, 12
"Gənclərbirliyi” – "Bursaspor” - 1:0
Qol: Skluetiç, 15
"Trabzonspor” – "Karabükspor” - 3:0
Qollar: Pereyra, 65, 90+2, Yusuf, 88
"Yeni Malatyaspor” – "Kayserispor” - 3:2
Qollar: Buğra Çağıran, 22, Sapunaru, 38 (avtoqol), Adem Büyük, 75 - Stoyikoviç, 81, Mendes, 90+2
19 may
"Başakşəhər” – "Kasımpaşa” - 3:2
Qollar: Viska, 30, Adebayor, 36, 61 - İldiz, 6, Diaqne, 27-p.
"Beşiktaş” – "Sivasspor” - 5:1
Qollar: Taliska, 30, 77, Larin, 50, 74, Babel, 85 - Arslan, 54
"Fənərbaxça” – "Konyaspor” - 3:2
Qollar: Fernandao, 28, Ay, 34-öz qapısına, Soldado, 65 - Fofana, 70, Yahoviç, 73
"Göztəpə” – "Qalatasaray” - 0:1
Qol: Qomis, 66-p.
Bombardir: Batefimbi Qomis ("Qalatasaray”) – 29 qol