Koronavirus sovuşur:  “Toyota” fəaliyyətini bərpa etdi 
    
                          
     
                         24.02.2020
 
    
                        Bir müddət əvvəl Çindəki zavodlarını bağlayan "Toyota” şirkəti fəaliyyətini bərpa edib.
"NHK” xəbər verir ki, koronavirusla əlaqədar bağlanan dörd zavod artıq işə başlayıb.
Lakin hazırkı istehsal həcmi koronavirus yayılana qədər olan istehsal göstəricisinin yarısını təşkil edir.
Çin Xalq Respublikasının (ÇXR) Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin son məlumatına əsasən, ölkədə virusa tutulanların sayı 77 150 nəfərdir, ölənlərin sayı isə 2 592 nəfərə çatıb.