07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Senator Azərbaycan icmasına müraciət etdi - FOTO

23.02.2020

İllinoys ştatından olan senator Temmi Dakuort və bu ştatın birinci dairəsini ABŞ Konqresində təmsil edən konqresmen Bobbi Raş Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar ABŞ-ın Azərbaycan icmasına müraciət ediblər.
Bobbi Raşın Çikaqoda yerləşən ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanan məktubunda deyilir ki, mülkü əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı törədilmiş bu soyqırımı aktı bəşəriyyətin üzərinə vurulmuş bir ləkədir. Bu dəhşətli insan qırğını nəinki sülh vaxtı, heç müharibə vaxtı da törədilməyib.
Temmi Dakuortun məktubunda qeyd edilir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi yerli sakinləri Azərbaycan mədəniyyəti, irsi, adət-ənənələri, habelə Azərbaycana qarşı törədilmiş tarixi ədalətsizliklər haqqında məlumatlandırır.
Hər iki qanunverici Xocalı qətliamının anım günündə Azərbaycan icması ilə bir olduqlarını qeyd edirlər.