20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nar qabığı neft quyularının qazılmasında istifadə olunacaq

21.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) "Aşqar” Elmi İstehsalat Birliyində nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında yeni quru, tozvarı reagent işlənilib.
AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev Azərtac-a bildirib ki, artıq yeni reagent neft-qaz quyularının qazılmasında istifadə etmək üçün təklif edilib. Bu təklif Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığı ilə Siyəzəndə qazılan neft quyusunda sınaqdan keçirilib, yüksək nəticə əldə olunub, alınan nəticələr aktlaşdırılıb və şirkətə təqdim edilib.
Əfsun Sucayev diqqətə çatdırıb ki, bu tətbiqi işlər "Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə yerinə yetirilib.
O qeyd edib ki, elmi tədqiqat müəssisəsi AMEA-nın digər elmi qurumları ilə neft emalının, yeni növ yüksək göstəricilərə malik məhsulların istehsal texnologiyalarının hazırlanması istiqamətində nəzəri-tətbiqi araşdırmalarını davam etdirir.