08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Atatürkü Anma bayramıdır

19.05.2018

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd edilir.
"Dövran Media" xəbər verir ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk Samsunda türk gəncliyi qarşısında çıxış edərək, Türkiyə ərazilərini işğal edənlərə qarşı səfərbərlik elan edib. Atatürkün bu çıxışı türk xalqının milli azadlıq savaşını başladıb.
Türkiyənin müstəqillik və inkişafının əsas hərəkətverici qüvvəsi olan gənclərin şərəfinə sonradan 19 May - İdman və Gənclik bayramı kimi qeyd edilməyə başlanıb.
Qeyd edək ki, bu bayramın adı indiyə qədər üç dəfə dəyişilib. 1935-ci ildə bayram Atatürk günü kimi tarixə düşüb. 1938-ci ildə bayrama Atatürkün əmri ilə Gənclik və İdman Bayramı adı verilib.
1981-ci ildən isə bayram Atatürkü Anma, İdman və Gənclik bayramı adlandırılır.