02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda nəhəng tunelin tikintisi nəzərdə tutulur

21.02.2020

Bakıda yeni tunelin tikintisi ilə bağlı layihə hazırlanıb.
Xəbər verildiyi kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanan layihəyə əsasən paytaxtın Sumqayıt istiqamətindən nəqliyyat axınının nisbətən bölünməsi mümkün ola bilər.
Belə ki, layihəyə əsasən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından - Atıcılıq mərkəzinin yaxınlığından başlayacaq tunel Yeni Yasamal və Şərifzadə küçələrinə qədər uzanacaq. Artıq yeni tunelin çəkilməsi ilə bağlı layihə hökumətə təqdim edilib.
Qeyd edək ki, hazırda günün pik saatlarında Bakı-Sumqayıt yolunda, Şamaxinka (Moskva prospekti) ərazisində tıxaclar müşahidə edilir.