08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan ciddi müqavimətlə üzləşə bilər - YENİ SORĞU

19.05.2018

Türkiyədə prezident seçkisindən öncə daha bir seçki sorğusu təşkil edilib.
"Dövran Media" xəbər verir ki, sorğunu SONAR şirkəti aparıb. Sorğu Türkiyənin 26 vilayətində baş tutub.
Sorğunun nəticəsinə əsasən, prezident seçkisinin qalibi birinci turda bəlli olmayacaq. Şirkətin sorğusunun nəticələrinə görə, ilk turda Ərdoğan 42%, CHP-nin namizədi Məhərrəm İncə 21,91%, İYİ Partiyasının namizədi 21%, HDP-nin namizədi Səlahəddin Dəmirdaş 11,01%, Səadət Partiyasının namizədi Təməl Qaramollaoğlu 2,1%, Vətən Partiyasının namizədi Doğu Perinçək 1,98% səs toplayacaq.
SONAR belə nəticə əldə ediləcəyi təqdirdə seçkinin ikinci tura qalacağını və ikinci turun 8 iyulda baş tutacağını iddia edib.
Qeyd edək ki, SONAR 2014-cü il prezident seçkisinin nəticələrini bilən yeganə şirkət olmuşdu. O, həmin il Ərdoğanın 53% səslə ilk olacağını bildirmiş, ardınca Ərdoğan seçkidə 52% səs toplayaraq birinci yerə yüksəlmişdi.