18 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Kütləvi davaya görə ermənilər Azərbaycanlılardan üzr istədi

20.02.2020

Fevralın 19-da Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.Hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.Verilən məlumata əsasən hadisə milli zəmində baş verib.
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında baş verən kütləvi dava ermənilərin üzr istəməsi ilə bitib.
Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirərək deyib ki, hazırda Rusiya hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz, həm mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik.
Qeyd edək ki, Moskva şəhərində 30 yaxın erməni azərbaycanlıların üzərinə hücum edib. Digər həmyerlilərimizin də hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib.