26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: Şərtə əməl olmasa, vurmağa davam edəcəyik

20.02.2020

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurmağa davam edir.
Xəbər verildiyi kimi, türk ordusu rejim qüvvələrinin Hama və Lazkiyə bölgəsindəki bir çox hərbi bazalarına raket zərbələri endirib.
Hücum zamanı Suriya ordusunun mövqelərinə böyük xəsarətlərin yetirildiyi bildirilir.
Türkiyənin raket zərbələrindən sonra Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşlər zamanı əldə edilmiş anlaşmaları xatırladıb:
"Liderlər arasında razılaşdırılmış anlaşmaların şərtləri yerinə yetirilməlidir. Türkiyə İdlib məsələsində bizimlə əməkdaşlıq etməyə hazırdır”.
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi və digər anlaşmaların şərtlərinin yerinə yetirilməyəcəyi halda hər an əməliyyatların bərpa ediləcəyini bəyan etmişdi.