16 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024
11/03/2024

Qonşu ölkədə koronavirus aşkarlandı - 2 nəfər...

19.02.2020

İranın Qum vilayətində iki nəfərin yeni koronavirusa yoluxması ilə bağlı ilk analizlərin nəticələri müsbət elan olunub.
Xəbər verildiyi kimi, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün növbəti analizlər aparılmaqdadır.
Cahanpur əlavə edib ki, Qum vilayətində ötən iki gün ərzində yeni koronavirus şübhəsi ilə əlaqədar bir neçə hal müşahidə olunub və şübhəli bilinən şəxslər karantinə alınıb.
Nazirlik rəsmisi şübhəli halların çoxunun qrip olduğunu deyib.