19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycanlı alim koronavirusa qarşı vaksin yaratdı

19.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Akdəniz Universitetinin professoru Tərlan Məmmədov Türkiyədə apadığı tədqiqatlar nəticəsində koronavirusa qarşı hədəf zülallarını müəyyən edib.
AMEA-dan axar.az-a verilən məlumatda bildirilib ki, azərbaycanlı alimin müəyyən etdiyi metodla virusa qarşı vaksinin istehsal olunma ehtimalı yüksəkdir.
Qeyd edək ki, T.Məmmədov, həmçinin, dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin də hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirib.
T.Məmmədovun bu vaksininin kliniki sınaqlarda istifadəsi də artıq Türkiyə hökuməti tərəfindən dəstəklənir.