25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusdan ölənlərin sayı 2 mini ötdü

19.02.2020

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 74 min 279, bu virus səbəbindən ölənlər isə 2007 nəfərə çatıb.
Xəbər verildiyi kimi,virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 5 min 248 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı 14 min 387 nəfərdir, 12 minə yaxın xəstənin vəziyyəti ağırdır. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 574 min nəfəri müəyyən edib, onlardan 135 mini həkim nəzarətinə alınıb.
Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1693 nəfər) və ölüm (132 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.
Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə 900-dən çox yoluxma halı qeydə alınıb. Çinin hüdudlarından kənarda - Filippin, Yaponiya və Fransada ölüm faktı qeydə alınıb.