03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstanda terror aktının qarşısı alındı

18.02.2020

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatıda insanların kütləvi toplaşdığı yerlərdə terror aktları planlaşdıran iki ekstremisti yaxalayıblar.
Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, şübhəli şəxslər məhkəmənin qərarı ilə həbs ediliblər.
"Onların yaşadığı yer üzrə istintaq hərəkətlərinin gedişatında əldəqayırma partlayıcı qurğu, onun istehsalı üçün lazımi komponentlər, soyuq silah və digər əşyalar müsadirə edilib”, – deyə komitənin yaydığı press-relizdə bildirilir.
İstintaq materiallarına əsasən saxlanılanlar respublika ərazisində, o cümlədən insanların kütləvi toplaşdıqları yerlərdə terror aktları planlaşdırırmış.
Faktla bağlı terror aktına hazırlıq və terror təbliğatı maddələri üzrə cinayət işləri qaldırılıb.