03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polisdən seçki günü döyülən qız ilə bağlı - AÇIQLAMA

17.02.2020

İqtisadçı ekspert Qubad İbadoğlu 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16-cı məntəqəsində qızı Jalə Bayramovanın döyülməsi ilə bağlı araşdırılma aparılmamasından şikayətlənib.
Məsələ ilə bağlı rəsmi açıqlamasında DİN-nin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev qeyd edib ki, hadisənin araşdşrılmadığı barədə iddiaların heç bir əsası yoxdur:
"76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqəsində Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan görüntülər araşdırılır və zərərçəkənin ifadəsi də alınıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə fevralın 9-u Qubad İbadoğlunun qızı, məşvərətçi səs hüquqlu Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqəsində səsvermə zamanı 1987-ci il təvəllüdlü Azadə Kərimova tərəfindən döyülməsini əks etdirən video yayılıb.