09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəbdə atışma, 10 şagird öldürüldü - DƏHŞƏT + FOTOLAR

19.05.2018

ABŞ-ın Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib.
"Dövran Media"nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Texas ştatının qubernatoru Qreqq Ebbott bildirib.
"10 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb. Bu faciənin təkrarlanması üçün əlimizdən gələni etməliyik”, deyə qubernator bildirib.
CNN telekanalının xəbərinə görə, 17 yaşlı şagird sinifə daxil olaraq ətrafdakılara atəş açıb. İlkin məlumata görə, nəticədə 9 məktəbli və 1 müəllim ölüb. Hadisənin motivi hələ ki, bəlli deyil.
ABŞ prezidenti Donald Tramp ölənlərin ailələrinə baş sağlığı verib və bildirib ki, rəhbərlik etdiyi administrasiya məktəblilərin həyatlarını qorumaq üçün əlindən gələni əsirgəməyəcək.