Qubada dəhşət: gənc oğlan  atasını öldürdü 
    
                          
     
                         15.02.2020
 
    
                        Qubada qətl hadisəsi baş verib.
Report-un xəbərinə görə, rayonun Birinci Nügədi kənd sakini 2001-ci il təvəllüdlü Mətləb Bəşarət oğlu Şükürov atası, Rusiya Federasiyası vətəndaşı 1959-cu il təvəllüdlü Bəşarət Ramazan oğlu Şükürovu qətlə yetirib.
Bəşarət Şükürovun qətlinin motivi kimi ailədə kobud rəftarlı adam olması göstərilir.
Fakta bağlı araşdırma aparılır.