29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türklər erməniləri belə sındırdı: Qüdsdə gizli savaş

14.02.2020

İsrail mediası Qüdsdə erməni mühacirlərlə türk turistlər arasında uzun müddətdir yaşanan gizli qarşıdurmadan yazıb.
 Qüdsdə ermənilərin kompakt yaşadığı kiçik rayonlar mövcuddur və onlar bu ərazilərdə uzun müddətdir ağalıq edirdilər. Amma Qüdsdəki məscidlər tarixi abidələr siyahısına daxil edildikdən sonra şəhərə yüzlərlə türk turist gəlib.
"Bundan sonra ermənilərin bəzi rayonlardakı ağalığına son qoyuldu. Əvvəllər ermənilər öz yaşadıqları rayonlarda müəyyən ermənipərəst tədbirlər keçirir, qondarma soyqırım mövzusunu gündəmdə saxlayırdılar. Türklər buna son qoydu. Qondarma soyqırım posterləri şəhərin hər yerindən götürüldü. Onların yerinə isə ermənilərin vəhşilik və ikiüzlülüyündən bəhs edən sözlər yazıldı və "Yerinizi bilin!” qafitisi yarandı”, - İsrail mediası yazıb.
İsrail mətbuatı bu gizli savaşın bir ildən çoxdur davam etdiyini və türklərin effektli olduğunu qeyd edib.