29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

14 fevral - Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.2020

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür.
Publika.az xəbər verir ki, bu bayram təqvimin ən gənc əlamətdar günlərindən biridir.
Bayramın ənənəsi uşaqlara kitab bağışlamaq və onlarda kitaba məhəbbət yaratmaqdır.
2012-ci ildən etibarən qeyd edilən bu bayram ABŞ-da məşhur "Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurun adı ilə bağlıdır. Bu ideyanı ona kiçik oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan Böyük Britaniyaya, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları 14 fevralı "uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral "Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə göndərilir və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaşadır.
Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.
Qeyd edək ki, bu gün həm də Beynəlxalq Sevgililər günüdür.