29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyanın səfiri hədələnib

14.02.2020

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Suriyanın İdlib şəhərində baş verən hadisələrdən sonra ünvanına gələn hədələr barədə məlumat verib.
Bu barədə "RİA Novosti” xəbər yayıb.
A.Yerxovun sözlərinə görə, sosial şəbəkələrdə türkiyəli istifadəçilərdən Rusiya əleyhinə isteriya yayılıb - "həyatınızla vidalaşın”, "heç kim sizin üçün yas tutmayacaq”, "yanma vaxtınız çatıb” və sair bu kimi təhdidlər yazılır.
Səfir ünvanına hədələr aldığını bildirib. O qeyd edib ki, ən təhlükəli vəziyyət müttəfiqi anlamamaqdır.
Qeyd edək ki, fevralın 10-da Türkiyə Müdafiə Nazirliyi İdlibdə müşahidə məntəqəsinin Suriya Ordusu tərəfindən atəşə tutulması nəticəsində beş türk hərbçinin ölməsi barədə məlumat vermişdi.