09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Koreya liderini HƏDƏLƏDİ: “Sonun Qəddafi kimi olacaq”

18.05.2018

Donald Tramp  Kim Çen Ina zirvə görüşündən imtina edərsə, sonunun Qəddafi kimi olacağı ilə bağlı xəbərdarlıq edib.
"Dövran Media" xarici KİV-ə əsasən xəbər verir ki, ABŞ-ın dövlət başçısı Donald Tramp Şimali Koreya ilə planlaşdırılan zirvə görüşünün reallaşması müqabilində Kim Çen Ina hakimiyyətini qoruması üçün təminat verməyə hazır olduqlarını bildirib. Tramp qeyd edib ki, Kim Jonq Un ölkəsində qalacaq və ölkəni idarə edəcək.
Qeyd edək ki, Şimali Koreya rəhbərliyi 12 iyunda Sinqapurda keçirilməsi nəzərdə tutulan zirvə görüşünü ləğv etməsi ilə bağlı ABŞ tərəfini təhdid etmişdi. ABŞ rəhbərliyi isə cavabında belə olacağı təqdirdə Kim Jonq Unun sonunun Liviya lideri Müəmmar Qəddafi kimi olacağını bildirib.
Donald Tramp qeyd edib ki, Şimali Koreyanın zirvə görüşündən imtina etməsində Çin rəhbərliyinin rolu ola bilər.Belə ki, qısa müddət ərzində Çin və Şimali Koreya rəhbərləri iki dəfə bir araya gəlmişdi.