29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şok iddia: Həsən Ruhani istefaya gedir?

13.02.2020

İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb.
Bu barədə "Al-Monitor” elektron qəzeti yazıb. Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib.
İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək.
Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib:
"Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”.