29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Üç ermənini məğlub etdi, qızıl medal qazandı

13.02.2020

Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.
Xəbər verildiyi kimi, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
İdarənin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqiblərinə qalib gələrək, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. 
12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində üç erməni idmançını məğlub edərək, yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.
Qeyd edək ki, bu, Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda  ümumilikdə 12 qızıl medal qazanıb.