29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdöğan: Əsgərlərimizə zərrə qədər ziyan dəysə, vuracağıq

13.02.2020

Müxtəlif mənbələrdən alınan son məlumatlara görə İdlib bölgəsində dünən 55 rejim ünsürü zərərləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin 11 fevral tarixində yayılan açıqlamasında isə "Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hücumu nəticəsində 5 əsgərimizin şəhid olmasından sonra 115 rejim hədəfinə atəş edilərək 101 rejim ünsürü zərərsizləşdirilib” - deyə bildirilmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının dünən keçirilən qrup toplantısında çıxışı zamanı deyib: "Bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə, İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejim güclərini hər yerdə vuracağımızı buradan bəyan edirəm”.
Rəcəb Tayyib Ərdoğan, həmçinin rejim və onlarla birlikdə hərəkət edən Rusiya qüvvələri ilə İranın dəstəklədiyi yaraqlıların davamlı olaraq mülki əhaliyə hücum etdiyini və bu qüvvələrin İdlibdə qətliam törədib qan tökdüyünü xüsusilə vurğulayıb.