29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

3 məntəqənin nəticəsi ləğv edildi

13.02.2020

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala seçki dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.
Xəbər verildiyi kimi, 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov Apa-ya açıqlamasında dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olduğunu bildirib.
Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.
123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev isə bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.
Xatırladaq ki, nəticələrə görə, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürmüş Aqil Məmmədov (Kəlbəcər İH başçısı) 71,8% səslə, 111 saylı Zaqatala seçki dairəsi üzrə isə Kamilə Əliyeva 53, 9% səslə lider idilər.
Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası daxil olan şikayətlərlə bağlı iclas keçirəcək. İclasda mühüm qərarların veriləcəyi gözlənilir.