29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Neft daşlarında intihara cəhd: geoloq təzyiqlərə dözmədi

13.02.2020

Dünən Neft Daşları Neft-Qaz Çıxarma İdarəsində intihara cəhd olub.
Xəbər verildiyi kimi, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. O bildirib ki, Neft Daşlarında işləyən geoloq Tural Bağırov qolunu şüşə parçası ilə doğrayaraq özünü öldürməyə çalışıb: "Aldığım məlumatda qeyd olunur ki, Tural Bagırov, Neft Daşları NQÇİ-də ona edilən təzyiqlərdən bezdiyini və bunun nəticəsində intihar edə biləcəyi ilə əlaqadar Azneft İB-nin Baş direktoru Şahmar Hüseynova teleqram vurub. Ş.Hüseynov onu qəbul edib ərizənin araşdırılması üçün hüquq şöbəsinə yönəldib. Dünən Birlik tərəfindən göndərilən hüquqşünas tərəfindən ərizənin araşdırılması zamanı onda diktafon olduğunu, gizli çəkiliş apardığından şübhələndiyini bildirib və Tural Bağırovdan soyunmasını tələb edib. Tural Bağırov əynindəki gödəkçəni və üst köynəyini çıxarıb üstündə heç bir cihazın olmadığını ona sübut edib. Nəticədə ona edilən haqsızlıqlara dözməyən geoloq intihar edib".
Faktla bağlı araşdırma aparılır./publika.az/