09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Avropa ölkəsinə səfər edəcək

18.05.2018

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2 gün sonra Bosniya və Hersoqoviniyaya işgüzar səfər edəcək.
"Dövran Media" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Bosniya və Hersoqovinanın Prezident Şurasının sədri Bakir İzetbeqoviç ilə bir araya gələcək.
O, Avropalı Türk Demokratlar Birliyinin (UETD) 6-cı Baş Assambleyasına da qatılacaq. Bundan əlavə, Beynəlxalq Saraybosna Universiteti tərəfindən  özünə həvalə ediləcək fəxri doktor adı üçün keçiriləcək mərasimə qatılacağı açıqlanıb.
 Görüşlərdə Bosniya Və Herseqovina ilə ikitərəfli əlaqələr və Balkan ölkələrindəki hadisələr müzakirə olunacaq, həmçinin digər regional və beynəlxalq məsələlərə qiymət veriləcək.