03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Virusa yoluxanların sayı 60 minə yaxınlaşır

13.02.2020

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883, bu virus səbəbindən ölənlərin sayı isə 1368 nəfərə çatıb.
Çin Dövlət Səhiyyə Komissiyası xəbər verir ki, ötən gün ərzində 254 ölüm faktı baş verib. Bu, virus yayılmağa başlayandan gün ərzində qeydə alınan ən böyük rəqəmdir.
Virusa yoluxmaqda şübhəli bilinənlərin sayında dəyişiklik yoxdur- 16 min nəfər. İndiyədək 5 min 917 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölüm hallarının 1310-u virusun aşkarlandığı və ən çox yayıldığı (48 min 206 nəfər) Xubey vilayətində qeydə alınıb.
Çin silahlı qüvvələrinin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədri, Çin Xalq Respublikasının Sədri Si Cinpinin əmri ilə müxtəlif hərbi hospitallardan əlavə 2 min 600 tibb işçisi Uxan şəhərinə ezam olunacaq. Beləliklə, Uxana ezam olunun hərbi tibbi personalın sayı 4 min nəfəri ötəcək.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada təxminən 450 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.