03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qusarda itkin düşən qadın tapılıb

12.02.2020

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı cari ilin fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət ediblər. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qadının övladları analarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və soyuq qış ayında, qarlı və şaxtalı havada göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.