09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyaya etiraz bildiriləcək - Hikmət Hacıyev

18.05.2018

Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir.
"Dövran Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya separatçılarının lideri Raul Xacimbanın Rusiya XİN-nin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski, habelə qondarma DQR, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələri ilə görüşünü şərh edərkən bildirib.
H. Hacıyev "Qondarma rejimlərin nümayəndələrinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?” sualına cavab olaraq bildirib ki, Azərbaycanın etirazı və ciddi narahatlığı Rusiya Xarici İşlər Nazirliyinə diplomatik kanallarla çatdırılacaq.