09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Təhlükəsizlik Şurasının qəti qərarı

17.01.2018


Türkiyə öz sərhədlərində terrorçuların nəzarəti altında olan zonanın formalaşmasına imkan verməyəcək və regionda terrorçuların ordu yaradılmasının qarşısını almaq üçün bütün zəruri addımları atacaq.
"Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının yekunlarına dair qəbul edilən bəyanatda deyilir.
Sənəddə bildirilir ki, ölkənin sərhədləri, Türkiyə vətəndaşlarının və region əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ilk mərhələdə Suriyanın qərbindən təhdidlərin qarşısını almaq üçün təcili və qəti addımlar atılacaq.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyatın keçirilə biləcəyini bəyan edib.